adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2018 15:38
16692
DÜNYA
A- A+

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərzində 40-dan çox sakin həlak olub.

Son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.

Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub.

Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır.

Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır.