Aqil ABBAS: AZƏR BƏY, MƏŞHƏDƏ DƏMİRYOL TƏBRİZDƏN KEÇİR

AQİL ABBAS
74482 | 2018-01-10 14:45

Dostumuz Azər Həsrətsosial şəbəkədə bir paylaşım edib və «Azərbaycan Dəmir Yolları» QSC-ni qınayıb ki, niyə Naxçıvandan Təbrizə deyil, Məşhədə dəmir yolçəkir, özü də 1700 kilometr. Statusunun altında da çoxlu şərhlər yazılıb. Bir neçə nəfəri çıxmaqşərtilə, əksəriyyət Azər bəyin fikirlərinədəstək verib.

Əvvəla, bu yolu«Azərbaycan Dəmir Yolları» QSC çəkmir, Azərbaycan hökumətiçəkir. Və hökumət də bir işə imza atanda yüz ölçüb bir biçir. İkincisi, AzərbaycanMəşhədə 1700 kilometrlik dəmir yolu xətti çəkmir.

Və üçüncüsü də, Məşhədəgedən dəmir yolu Təbrizdən keçir. Naxçıvan Təbrizə bağlanır, özü də artıq bağlanıb. Qalan yolları İran hökuməti əvvəlcədən çəkib. Eyni zamanda Naxçıvandan Məşhədə gedən qatar Cənubi Azərbaycanın neçə-neçəşəhərindən keçir.

Və blokadada olanNaxçıvan üçün bu dəmir yolunun çox böyükönəmi var. Bundan başqa, Naxçıvanı Qarsla da birləşdirəcək dəmir yolu xəttinin layihəsi də hazırdır. Və beləliklə, Naxçıvan blokadadan çıxıb dünyayaaçılır. Bunun siyasi tərəfini bir kənara qoyuram, amma Naxçıvan üçün nə qədəriqtisadi önəm daşıdığını hesablamaqçətin deyil.

Ölməz şairimiz SöhrabTahir yazır:

Mənimqollarımı iynə-sap edin,

TikinAstaranı biri-birinə.

İndişairin ən böyük arzularından biri həyata keçir, həm Astara bir-birinə tikilir, həm də NaxçıvanlaTəbriz. Şairin iki qolunu indi bu iki dəmir yolu əvəz edir.

AzərbaycanAstara dəmir yolu xətti ilə şimalla cənubu,Bakı-Tbilisi-Qars və Naxçıvan-Məşhəd dəmir yolu xətləri ilə də şərqlə qərbi birləşdirərəkbu iki qitənin mərkəzinəçevrilməlidir. Bu da Azərbaycanındünyada söz sahibi olmasında mühüm bir rol oynayır.Eləcə də gələcəkdə ölkə iqtisadiyyatına milyonlarla deyil, milyardla ölçüləcək iqtisadisəmərə vermək deməkdi.

Hələşərhlərdə buna dini don geyindirənlər dəvar ki, bu da lap ağ oldu.

AzərHəsrət kimi həm siyasəti, həm də iqtisadiyyatı çox gözəl bilən bir ziyalının Naxçıvan-Məşhəddəmir yoluna belə bir münasibət göstərməsibir az anlaşılan olmadı.


TƏQVİM / ARXİV