adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2018 14:15
15019
SİYASƏT
A- A+

Saakaşvili Poroşenkoya təşəkkür etdi

Ukrayna Təhlükəsizlik Xidmətinin binasını tərk edən Mixail Saakaşvili 2 saata yaxın ifadə verdiyini deyib.

Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili 2014-cü ilin fevralında Kiyevin mərkəzində insanların güllələnməsi ilə bağlı hadisə barədə danışıb.

"İki əsas iş – Viktor Yuşşenkonun zəhərlənməsi və Meydan hadisələri zamanı insanların güllələnməsi bu vaxta qədər araşdırılmayıb. Çünki Ukrayna hakimiyyətinə bu sərf etmir. Eyni zamanda məni hər gün yeni işlərlə məşğul etmək üçün hər vasitəyə əl atan prezident Pyotr Poroşenkoya da təşəkkürümü bildirirəm”.