adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2018 14:10
13154
MƏMLƏKƏT
A- A+

Pambıq tədarükü 207 min tonu ötüb

Yanvarın 10-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 215 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a bildiriblər ki, ötən gün 59 ton pambıq tədarük edilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.