adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2018 12:26
9294
GÜNDƏM
A- A+

Ölkəyə narkotik gətirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, daha sonra zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə, onun düz bağırsağında narkotik vasitələr - bir ədəd bükümdə xalis çəkisi 9,134 qram olan heroin, digər bükümdə isə xalis çəkisi 4,434 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.