adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Yanvar 2018 11:30
11751
MƏMLƏKƏT
A- A+

Polis bir gündə 36 nəfər şübhəlini saxladı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.


Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumata görə, axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.