adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2018 09:57
45020
HÜQUQ
A- A+

Belə oğuldan olmasa yaxşıdır - ATASINI DÖYDÜ

Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb. Hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər onun burun sümüyünün sındığını bildirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.