Üç fahişənin əhatəsində ölən ərəbin ÖLÜM SƏBƏBİ - YENİLƏNİB
Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib.
Adalet.az ölkə.az-a istinadən bildirir ki, hadisə yanvarın 8-də "Ariva" hoteldə qeydə alınıb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi balanıb.
Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar.
---------
Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.
Adalet.az oxu.az-a istinadən xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən "Ariva" hotelinin 311 nömrəli otağında baş verib.
Ölən turistin 1962-ci il təvəllüdlüMəsfər Oman Əlbillahiolduğu müəyyən edilib.
Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.
İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.
Fakt üzrə istintaq davam edir.