ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“İçərişəhər” İdarəsinə aparat rəhbəri təyin olunub

13021    |   2018-01-09 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədrinin müvafiq əmri ilə Read Azər oğlu Qasımov İdarənin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

İdarədən verilən məlumata görə, R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlamış, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində "Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi” şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirmişdir.

Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin İcraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə "Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” Baş direktoru, 2010-2013-cü illərdə "Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

R.Qasımov 2013-cü ildən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.



İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK