ANA SƏHİFƏ / SİYASƏT

Deputat Mikayıl Cabbarov üçün təkliflər hazırlayıb

6987    |   2018-01-09 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vergilər naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumda ciddi islahatlara başlayıb. Nazirliyin yaydığı rəsmi məlumata əsasən, 64 vəzifə sahibi işdən azad edilib. İşdən çıxarılanlar arasında nazirin müşavirləri, idarə rəhbərləri və digər yüksək postların rəhbərləri də var. Ümumilikdə isə Vergilər Nazirliyində kadr dəyişikliklərinin bununla yekunlaşmayacağı, yaxın zamanlarda yeni təyinatların olacağı istisna edilmir.

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov nazir Mikayıl Cabbarovun başlatdığı islahatlara münasibət bildirib. Deputat AzVision.az-a deyib ki, yeni vergilər naziri Mikayıl Cabbarov Təhsil Nazirliyində işləyəndə müəyyən qədər islahat aparan nazir kimi özünü göstərib.

Deputatın sözlərinə görə, Vergilər Nazirliyində müəyyən struktur islahatları aparılmalı, vergi sistemi təkmilləşdirilməli və bir sıra qanunlara dəyişiklik edilməlidir.

"Sahibkarlarla münasibət yüksək səviyyədə qurumalıdır ki, problem yaşanmasın. Bu baxımdan struktur islahatları davam edəcək. İslahatlar ona görə aparılır ki, sahibkarların işinə maneə olmasın. Bütün bunların hamısı kiçik və orta biznesin inkişafı üçün həyata keçirilir. Ötən il vergi sistemində dəyişikliklər oldu. Ümid edirəm ki, yeni nazirin vergi sistemi ilə əlaqədar təklifləri olacaq. Bizim özümüzün də müəyyən təkliflərimiz var”.

V.Əhmədov qeyd edib ki, islahatlar təkcə Vergilər Nazirliyində deyil, digər nazirliklərdə də aparılmalıdır: "İslahatlar hər zaman olub. 2017-ci ildə müəyyən qədər islahatlar həyata keçirildi. 2018-ci ildə də islahatların aparılacağı gözlənilir”.




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK