adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2018 17:04
19114
ŞOU-BİZNES
A- A+

“Oğlumdan ayrı qala bilmərəm” - Könül Xasıyeva

"Respublika Müalicəvi Diaqnostika Mərkəzində müalicəm davam edir. Vəziyyətim nisbətən stabilləşib. Həkimlər çalışırlar ki, əməliyyata ehtiyac olmasın”.

Adalet.az xəbər verir ki, bunu AzVision.az-a Xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva bildirib. Hazırda özünü nisbətən yaxşı hiss etdiyini deyən xanəndə müalicə xərclərinin Həyat Fondu tərəfindən ödənildiyini deyib.

"Həyat Hondu öz köməyini əsirgəmir. Sağ olsunlar, məni pulsuz müalicə edirlər. Mənə yardım edən hər kəsə təşəkkür edirəm. Öz gücümə heç nə edə bilməzdim. Məni yenidən həyata qaytardılar. Müalicələrlə vəziyyəti stabil saxlamağa çalışırlar. Gündüz xəstəxanada, axşamlar isə evdə oğlumun yanında oluram. Oğlumdan ayrı qala bilmərəm. Onun da müalicələri davam edir”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.