ANA SƏHİFƏ / İDMAN

“Qarabağ” Antalyaya yollandı

2900    |   2018-01-09 16:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağdamın "Qarabağ” futbol klubu təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Adalet.az kluba istinadən xəbər verir ki, Antalya bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi ilə altı yoxlama oyununa çıxacaq. İlk matçını yanvarın 17-də Rusiyanın "Kuban” klubuna qarşı keçirəcək "Qarabağ” bu görüşdən üç gün sonra Polşanın "Lexiya” komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-də isə iki oyunun keçirilməsi planlaşdırılıb. Azərbaycan çempionu öncə Makedoniyanın "Şkupi”, ardınca Ukraynanın "Mariupol” klubları ilə qarşılaşacaq. Yanvarın 29-da Bosniya və Herseqovina təmsilçisi "Sarayevo” ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost” komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, "Qarabağ” fasiləyə "qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla birinci pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Qəbələ”ni 6 xal qabaqlayıb.




İmza:
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK