ANA SƏHİFƏ / YAZARLAR

Emin Çölaşan:Sarıqamış 1915

Emin Çölaşan

2884    |   2018-01-09 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sevgili oxucularım, 1914-cü il dekabr ayının son günlərindəyik... Dövlətin başında padşahtan sonra gələn ikinci adam, baş komandan vəkili Ənvər Paşa var. Asdığı asdıq, kəsdiyi kəsdik...

Ölkəmiz bir neçə ay əvvəl Almaniyanın imzaladığı gizli müqavilə nəticəsində Birinci Dünya müharibəsinə daxil oldu. Qafqaz cəbhəsində (Şərqi Anadolu) qiyamət qopmaq üzərə. Rus ordusu hücuma keçir. Şərqin o soyuq günlərində bizim ordumuz ac və çılpaq. Əldə yetərincə ərzaq, geyim və sursat yoxdu.

Bir qismi qatır, eşşək və dəvə belində Erzincan tərəfindən göndərilir, lakin bu kifayət etmir. Vəliəhd Trabzon...

Bura İstanbuldan ərzaq, geyim və sursat gələcək, oradan Erzurum tərəfinə, oradan da cəbhəyə, zatən olmayan cığırlardan yenə heyvan belində göndəriləcək!

Ölmə eşşəyim ölmə! Əsgərimiz donur, bəslənmə sıfır...

Peksimet (çörək) xaricində yeyəcək nadirən tapılır, isti yemək demək olar ki, yoxdu. Macəraçı Ənvər Paşanın bütün məqsədi, bir çevirmə hərəkatıyla rusların əlində olan Qars və Sarıqamışı almaq!

Bəs yaxşı, o qorxunc şəraitdə, qarlı günlərdə ağlar necə aşılacaq? Üstəlik o dağlarda yol yox. Dahası, Osmanlının əlində Şərqi Anadolunu göstərən adam kimi bir tək xəritə yox! Kimsə nə edəcəyini bilmir. Hər şey Allaha əmanət. Rus ordusu gəlir. Cəbhədə komandan olaraq 10. Kolordu Komandanı Hafız Hakkı Paşa var. Ənvərin yaxın dostu və onun kimi saray kürəkəni! Bir müddət sonra müharibəni davam etdirən 3. Ordunun Komandanı olur.

Hərəkat Dekabr 1914-cü ildə başladı, ac və çılpaq Məhmətçik Qars və Sarıqamışı xilas etmə xülyasıyla dağlara göndərildi... Hafız Hakkı Paşa orduya əmirlər verirdi: "Şiddərli cə cürətli olacağıq. Vurduqca səs gətirəcəyik!...” Ancaq iş yaxşı getmirdi. Ənvər Paşa bir savaş gəmisilə Trabzona, ordan Erzuruma gəlib ordunun başına keçdi. Bu əsnada on minlərcə Məhmətçik soyuqdan donraq, ya da rus güllələrilə şəhid olurdular. Ənvərin yerləşdiyi yerə rus basqını təşkil edildi. Ənvər qərargahıyla birlikdə son anda qaçaraq qurtuldu. Əksi olsaydı ya ruslara əsir düşəcək, ya da can verəcəkdi.

Bəli, o qarlı dağlarda on minlərcə zabitimizi və əsgərimizi itirdik. Ölənlərin sayı bu gün belə dəqiq bilinmir. Bəziləri 90 min, bəziləri isə 60 min deyir. Nəticə olaraq o qarlı dağları aşmağı bacaran 500-ə qədər Məhmətçik Sarıqamışa ulaşdı. Ancaq stansiyada onlar da ruslar tərəfindən şəhid oldular. Tam bir məğlubiyyət yaşayırdıq. Müharibə tariximizin ən böyük məğlubiyyətlərindən biri idi.

Bu qarğaşa davam edərkən Hafız Hakkı Paşa yolxucu bir xəstəlik olan tifüsə yaxalandı və cəbhədə həyatını itirdi. Beləliklə Sarıqamış qaurbanları arasına özü də qatılmış oldu. Paytaxt İstanbulda isə kimsə olan bitənin fərqində deyildi. Hər gün yayınlanan rəsmi bilidirlərdə "Rus ordusu uduzmuşdur, qaçmaqdadır” kimi yalan sözlər yazılırdı.

Sarıqamış hadisəsi artıq hər il minlərcə insanın qatıldığı görkəmli aksiyalarla yanvar ayının əvvələrində anılır. Məğlubiiyəti və səbəblərini daha yaxşı öyrənmək istəyənlər üçün burada iki kitab tövsiyə edirəm. İkisi də Türkiyə İş Bankası Mədəniyyət Yayınları tərəfindən çap edilən iki böyük əsər. Birinci kitabın yazarı, cəbhədə döyüşən və qurtulan Baş qərargah Başçısı Polkovnik Köprülülü Şərif İldən: "Sarıqamış” İkincisinin yazarı jurnalist dostumuz, araşdırmaçı yazar Murad Bardakçı. "Hafız Hakkı Paşanın Sarqamış Gündəliyi” Hər iki kitabda da Sarıqamış döyüşü anladılır. Şərif bəy Ənvər üçün "Allahdan qorxmaz bir baş komandan” deyir. Murad Bardakçı isə döyüşün iç üzünü Ordu Komandanı Hafız Hakkının günlüyündən çatdırır. Bu faciənin bir nömrəli məsuliyyətlisi əlbəttə ki, Ənvər Paşa... Şərqi Anadoludakı savaşı və hərəkatı İstanbul qərargahından idarə etməyə cəhd edən, sonra vəziyyəti xilas edəcəyini düşünüb cəbhəyə gələn və əsir olmaqdan son anda qurtulan bir macəraçı”

Həyatı boyunca macərə arxasından getdi. 1918-ci ildə Mondros təslim anlaşması imzalanmış, Ənvər və heyəti bir Alman bombardıman təyyarəsilə ölkə xaricinə qaçmışdı. 1920-ci ildə Qurtuluş Savaşı başladığında Batumidə idi. Türkiyəyə gəlmək istəyirdi amma Mustafa Kamal Paşa onu rədd edir, ölkəyə girməsinə icazə vermirdi. Əks təqdirdə ölkədə yenə qarğaşa yaradacağını bilirdi. Ənvərin Ankaraya, Mustafa Kamal Paşaya Moskvadan yazdığı məktuba diqqət yetirək. Tarixi 16 İyun 1921-ci il. Bu əsnada Qurtuluş Savaşı davam edir: "...İndi sən, mən başda olmaq üzərə dostlarımın məmləkətə gəlməsini istəmirsən deyilmi? Səbəbi də guya bizim gəlməyimizlə məmləkətdə bir ikilik çıxacaq deyirsən eləmi? Buna vətən üçün hələlik qatlanırıq... Ölkə xaricində qalmağımızın, başda Türkiyə olmaq üzərə qaurtarmağa çalışdığımız İslam aləmi üçün faydasız və bəlkə də təhlükəli olacağını hiss etdiyimiz anda məmləkətə gələcəyik. Bu qədər.”

Ənvər Paşa vətənə bir daha qayıtmadı... Gəlməyəcəyini dərk etdikdə, bu dəfə yanında bir neçə zabit ilə birlikdə, Buxara və Tacikistan tərəflərində "Orta Asya səfərinə” çıxdı. Orada İslam ordusunu yaradacaq, rus ordusunu rədd edib İsam dövləti quracaqdı! Gülünc və acı hadisələr yaşadı. İslam qardaşları Ənvər paşaya xəyanət etdilər. 1922-ci ilin avqustunda rus əsgərləri ilə yaşadığı qarşıdurmada ölür. Canını Sarıqamışda çətinliklə qurtarmışdı amma bu dəfə şansı gətirmədi.

Bir vaxtlar əmrində çalışan Mustafa Kamal Paşa ilə ulduzları heç barışmadı! Bir-birlərinə heç isinişə bilmədilər! Çünki Ənvər gözü qara bir "Macəra adamı” idi… Mustafa Kamal isə ağıl, məntiq, elm və sağlam düşüncə adamı... Bir gün olsun macəra arxasından getmədi. Sarıqamış faicəsi və dağlarda donaraq ölən on minlərcə əsgərimizin tək cavabdehi Ənvərdir. Bu yazını yaxın keçmişimizi bilməyənlər üçün qısaca yazdım. Faciənin 103-cü ilində bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.




YAZARIN ARXİVİ

2018-01-19 : QAN YADDAŞIMIZ
2018-01-19 : Sonuncu köç…
2018-01-16 : Tarixi sərəncam
2018-01-15 : GEDİN VƏ BAXIN!
2018-01-13 : ƏBÜLFƏZ ÜLVİ
2018-01-12 : Drama na more
2018-01-09 : AÇIQ MƏKTUB
2017-12-30 : PAPAQ
2017-12-30 : Musa Xanbabazadə
SON XƏBƏRLƏR
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK