adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Emin Çölaşan:Sarıqamış 1915

23947 | 2018-01-09 15:22

Sevgilioxucularım, 1914-cü il dekabr ayının son günlərindəyik... Dövlətin başındapadşahtan sonra gələn ikinci adam, baş komandan vəkili Ənvər Paşa var. Asdığıasdıq, kəsdiyi kəsdik...

Ölkəmizbir neçə ay əvvəl Almaniyanın imzaladığı gizli müqavilə nəticəsində BirinciDünya müharibəsinə daxil oldu. Qafqaz cəbhəsində (Şərqi Anadolu) qiyamət qopmaqüzərə. Rus ordusu hücuma keçir. Şərqin o soyuq günlərində bizim ordumuz ac vəçılpaq. Əldə yetərincə ərzaq, geyim və sursat yoxdu.

Bir qismi qatır, eşşək və dəvəbelində Erzincan tərəfindən göndərilir, lakin bu kifayət etmir. VəliəhdTrabzon...

Bura İstanbuldan ərzaq, geyimvə sursat gələcək, oradan Erzurum tərəfinə, oradan da cəbhəyə, zatən olmayancığırlardan yenə heyvan belində göndəriləcək!

Ölmə eşşəyim ölmə! Əsgərimiz donur, bəslənmə sıfır...

Peksimet (çörək) xaricində yeyəcək nadirən tapılır,isti yemək demək olar ki, yoxdu. Macəraçı Ənvər Paşanın bütün məqsədi,bir çevirmə hərəkatıyla rusların əlində olan Qars və Sarıqamışı almaq!

Bəs yaxşı, o qorxunc şəraitdə,qarlı günlərdə ağlar necə aşılacaq? Üstəlik o dağlarda yol yox. Dahası,Osmanlının əlində Şərqi Anadolunu göstərən adam kimi bir tək xəritə yox! Kimsənə edəcəyini bilmir. Hər şey Allaha əmanət. Rus ordusu gəlir. Cəbhədə komandanolaraq 10. Kolordu Komandanı Hafız Hakkı Paşa var. Ənvərin yaxın dostu və onunkimi saray kürəkəni! Bir müddət sonra müharibəni davam etdirən 3. OrdununKomandanı olur.

Hərəkat Dekabr 1914-cü ildəbaşladı, ac və çılpaq Məhmətçik Qars və Sarıqamışı xilas etmə xülyasıyladağlara göndərildi... Hafız Hakkı Paşa orduya əmirlər verirdi: "Şiddərli cə cürətliolacağıq. Vurduqca səs gətirəcəyik!...” Ancaq iş yaxşı getmirdi. Ənvər Paşa birsavaş gəmisilə Trabzona, ordan Erzuruma gəlib ordunun başına keçdi. Bu əsnadaon minlərcə Məhmətçik soyuqdan donraq, ya da rus güllələrilə şəhidolurdular. Ənvərin yerləşdiyi yerə rusbasqını təşkil edildi. Ənvər qərargahıyla birlikdə son anda qaçaraq qurtuldu.Əksi olsaydı ya ruslara əsir düşəcək, ya da can verəcəkdi.

Bəli, o qarlı dağlarda on minlərcəzabitimizi və əsgərimizi itirdik. Ölənlərin sayı bu gün belə dəqiq bilinmir. Bəziləri90 min, bəziləri isə 60 min deyir. Nəticə olaraq o qarlı dağları aşmağı bacaran500-ə qədər Məhmətçik Sarıqamışa ulaşdı. Ancaq stansiyada onlar da ruslar tərəfindənşəhid oldular. Tam bir məğlubiyyət yaşayırdıq. Müharibə tariximizin ən böyük məğlubiyyətlərindənbiri idi.

Bu qarğaşa davam edərkən HafızHakkı Paşa yolxucu bir xəstəlik olan tifüsə yaxalandı və cəbhədə həyatınıitirdi. Beləliklə Sarıqamış qaurbanları arasına özü də qatılmış oldu. Paytaxtİstanbulda isə kimsə olan bitənin fərqində deyildi. Hər gün yayınlanan rəsmi bilidirlərdə"Rus ordusu uduzmuşdur, qaçmaqdadır” kimi yalan sözlər yazılırdı.

Sarıqamış hadisəsi artıq həril minlərcə insanın qatıldığı görkəmli aksiyalarla yanvar ayının əvvələrindəanılır. Məğlubiiyəti və səbəblərini daha yaxşı öyrənmək istəyənlər üçün buradaiki kitab tövsiyə edirəm. İkisi də Türkiyə İş Bankası Mədəniyyət Yayınları tərəfindənçap edilən iki böyük əsər. Birinci kitabın yazarı, cəbhədə döyüşən və qurtulan Başqərargah Başçısı Polkovnik Köprülülü Şərif İldən: "Sarıqamış” İkincisininyazarı jurnalist dostumuz, araşdırmaçı yazar Murad Bardakçı. "Hafız HakkıPaşanın Sarqamış Gündəliyi” Hər iki kitabda da Sarıqamış döyüşü anladılır. Şərifbəy Ənvər üçün "Allahdan qorxmaz bir baş komandan” deyir. Murad Bardakçı isədöyüşün iç üzünü Ordu Komandanı Hafız Hakkının günlüyündən çatdırır. Bu faciəninbir nömrəli məsuliyyətlisi əlbəttə ki, Ənvər Paşa... Şərqi Anadoludakı savaşı vəhərəkatı İstanbul qərargahından idarə etməyə cəhd edən, sonra vəziyyəti xilasedəcəyini düşünüb cəbhəyə gələn və əsir olmaqdan son anda qurtulan bir macəraçı”

Həyatı boyunca macərəarxasından getdi. 1918-ci ildə Mondros təslim anlaşması imzalanmış, Ənvər vəheyəti bir Alman bombardıman təyyarəsilə ölkə xaricinə qaçmışdı. 1920-ci ildəQurtuluş Savaşı başladığında Batumidə idi. Türkiyəyə gəlmək istəyirdi ammaMustafa Kamal Paşa onu rədd edir, ölkəyə girməsinə icazə vermirdi. Əks təqdirdəölkədə yenə qarğaşa yaradacağını bilirdi. Ənvərin Ankaraya, Mustafa KamalPaşaya Moskvadan yazdığı məktuba diqqət yetirək. Tarixi 16 İyun 1921-ci il. Bu əsnadaQurtuluş Savaşı davam edir: "...İndi sən, mən başda olmaq üzərə dostlarımın məmləkətəgəlməsini istəmirsən deyilmi? Səbəbi də guya bizim gəlməyimizlə məmləkətdə birikilik çıxacaq deyirsən eləmi? Buna vətən üçün hələlik qatlanırıq... Ölkəxaricində qalmağımızın, başda Türkiyə olmaq üzərə qaurtarmağa çalışdığımızİslam aləmi üçün faydasız və bəlkə də təhlükəli olacağını hiss etdiyimiz anda məmləkətəgələcəyik. Bu qədər.”

Ənvər Paşa vətənə bir dahaqayıtmadı... Gəlməyəcəyini dərk etdikdə, bu dəfə yanında bir neçə zabit iləbirlikdə, Buxara və Tacikistan tərəflərində "Orta Asya səfərinə” çıxdı. Oradaİslam ordusunu yaradacaq, rus ordusunu rədd edib İsam dövləti quracaqdı! Gülüncvə acı hadisələr yaşadı. İslam qardaşları Ənvər paşaya xəyanət etdilər. 1922-ciilin avqustunda rus əsgərləri ilə yaşadığı qarşıdurmada ölür. Canını Sarıqamışdaçətinliklə qurtarmışdı amma bu dəfə şansı gətirmədi.

Bir vaxtlar əmrində çalışan Mustafa Kamal Paşa iləulduzları heç barışmadı! Bir-birlərinə heç isinişə bilmədilər! Çünki Ənvər gözü qara bir "Macəra adamı”idi… Mustafa Kamal isə ağıl, məntiq, elm və sağlam düşüncə adamı... Bir gün olsun macəra arxasından getmədi. Sarıqamış faicəsi və dağlarda donaraq ölən on minlərcə əsgərimizin tək cavabdehi Ənvərdir. Bu yazını yaxın keçmişimizi bilməyənlər üçün qısaca yazdım. Faciənin 103-cü ilində bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.


TƏQVİM / ARXİV