ANA SƏHİFƏ / SİYASƏT

Ərdoğandan Abdullah Gülə İTTİHAM

8551    |   2018-01-09 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının lideriRəcəb Tayyib Ərdoğan növbəti dəfə sabiq prezident, AKP-nin qurucularından olanAbdullah Gülü hədəf alıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün AKP-nin parlament qrupunun toplantısında çıxış edən R. T. Ərdoğan deyib ki, ökədə baş verən hadisələrə münasibət bildirib, səsini çıxarmayanlar, prezident üsul-idarəsinə keçidlə bağlı referendumda buna qarşı kampaniya aparanlar indi də özlərində söz demək haqqı görürlər.

O bildirib ki, AKP-də birliyi, bərabərliyi zədələyənlər artıq bu karvanının səmimi yolçuları deyillər: "Bu karvandan düşənlər düşdükləri yerdə qalacaqlar. Biz isə öz yolumuzla gedəcəyik. Əsas işimiz yanlışlıqlara yol verməmək, keçmiş xətalardan dərs çıxarmaqdır. Partiyamıza zərər verəcək qədər iddiaları olanlara millətimiz gərəkli cavabı verir və verəcək”.

R. T. Ərdoğan A. Gülü nəzərdə tutaraq bəyan edib ki, daha əvvəl AKP-də olub, indi kənarda gəzənlərin partiya haqqında söz söyləməyə haqqı yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl A. Gül hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanuni qüvvəyə malik qərarnamədə ifadələrin konkret əksini tapmasının vacib olduğunu, əks təqdirdə, gələcəkdə bunun daxili qarşıdurmalara yol aça biləcəyini bəyan edib.

R. T. Ərdoğan A. Gülün bu etirazını əsassız sayıb. A. Gül isə mövqeyində qaldığını, gələcəkdə də sabiq prezident kimi ölkə və xalq üçün əhəmiyyətli hadisə və proseslərə münasibətini bildirəcəyini açıqlayıb.




İmza:

Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

Qazaxıstan Dəmir Yolları: Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir

Putin Ərəbistana gedəcək - Kaşıkçı məsələsinin bitməsini gözləyir

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR

"Belarusiyaya qarşı hər hansı bir hərbi müdaxilə..."

Millət vəkili: “Star” layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - “ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Novruz Məmmədov nazirləri topladı

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Milli Məclisdə komitə iclası keçirilib

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK