ANA SƏHİFƏ / MARAQLI

Qarşınızdakının yalan danışdığını necə anlayarsınız?

12213    |   2018-01-09 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır













Federal Təhqiqat Bürosu (FTB) ilə çalışan davranış analisti və bədən dili mütəxəsisi Dr. Lillian Glass, bir insanın yalan danışmasını başa düşmək üçün danışıq tərzi, bədən dili, jest və mimikalarına nəzər yetirməyi söylədi.


Cavab verərkən başını daha çox hərəkət etdirirsə yalan danışmış ola bilər.


Ümumi rəftarı dəyişər. Sakit bir insan birdən həyəcanlı davranarkən, daha hərəkətli insanlar donuq rəftarlarla danışmağa başlar.


Soruşduğunuz sadə suallara daha əvvəldən cavabını hazırladığı üçün lazım olduğundan detallı cavablar verər. Lakin bunun ardından gözləmədiyi bir sual soruşsanız birdən tərəddüd edər və cavab vermək üçün zaman qazanmağa çalışar.


Təəccüb, qorxu ya da xoşbəxtlik kimi duyğuları ifadə edən ifadələri yalnız ağız bölgəsiylə məhdud qalar.


Ayaqda dayanarkən ya da oturarkən yalan danışan biri ümumiyyətlə kürəyini dik tutmaz.


Olduğu narahat mühitdən xilas olmaq istəyiylə gözünü qapıya çevirər və danışdığı adamla arasına məsafə qoyar.


Suallara dəqiq cavablar verməz. Hər vaxt sakit qarşıladığı suallara həddindən artıq reaksiyalar verər. Özü sizə sual yönəltməz.


Zarafatlar edərək mövzunu ötürmək istər ya da çox dramatik bir hekayə izah edərək sizi laqeydliklə günahlandırar.


Tez-tez üzünə toxunar.Burnunu çəkər, başını sıxar. Xüsusilə ağız bölgəsinə yaxın bölgələrə toxunması diqqət çəkər.


Yalan danışanlar ümumiyyətlə göz təmasından qaçınar. Əllərini və qollarını daha az istifadə edər. Sual soruşduğunuzda ovucunu sıxar ya da əllərini sizə çevirməz.




İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK