adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2018 13:08
33656
ƏDƏBİYYAT
A- A+

SOMALİDƏ KÖRPƏ UŞAQLAR

Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı...

Aç gözünü, aç, balaca,
Kimi aldadırsan belə?!
Ay bir yaşlı körpə qoca,
Nə yaşadın, gördün hələ?

Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.

Mənim yaşadıqlarımı,
Sən bələkdəykən yaşadın.
Mənim daşıdıqlarımı,
Sən məndən yaxşı daşıdın.

Gülmə bu yaşda ağlıma,
Dön quşa, uç, gəl beləcə.
Qoşul balaca oğluma,
Qucağımda yat bu gecə...

...Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini,
Gələn ölümü aldatdı...

Gündüz Sevindik

2014