adalet.az header logo
  • Bakı 12°C
09 Yanvar 2018 12:16
16592
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ŞƏKİL ARXASINDA YAZI


Dərdimi yuata götür ,
Məni mərasim evinə...
Şəklimlə üz-üzə gəlib
Ruhum bir azca sevinə...

Özün sifariş etmişdin
Yataq odana qoymağa ...
Məqam tapmıram , demişdin -
Gözünə baxıb , doymağa!..

İndi əl çatan bir yerdən
Asmısan , hamı da baxır...
Şəkli ortaya çıxartdın -
Dillən , adımı da çağır!..