adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2018 12:13
16049
ƏDƏBİYYAT
A- A+

Mətləb Ağanın “Gələcək haqqında xatirələr” kitabı nəşr olunub

Yeni ilin ilk günlərində Mətləb Ağanın "Gələcək haqqında xatirələr” adlı növbəti, sayca dördüncü kitabı işıq üzü görüb.

Elm və təhsil” nəşriyyatında nəşr olunan kitaba akademik, Milli Məclisin deputatı, əməkdar elm xadimi Nizami Cəfərov ön söz yazıb, redaktoru isə şair-publisist Dəyanət Osmanlıdır.

500 tirajla çıxan yeni kitabda Mətləb Ağanın son illərdə yazdığı "Qırmızı yağışlar nə zaman yağır?”, "Sevgi haqqında demoqogiya və ya Prometey əfsanəsinin gerçək üzü”, "Harinin ikinci intiharı və ya Stanislav Lemin "Solyaris” müəmması haqqında”, "Varavva və çar İrodu nə birləşdirirdi?”, "Mixael Endenin qəribə səyahəti."Momo” haqqında bəzi qeydlər”, "O gələcək gələcəkmi? Və ya "Homo deus. Sabahın qısa tarixi barədə bəzi qeydlər” kimi və digər maraqlı esseləri toplanıb.

Kitabı Bakının kitab mağazalarından və respublikamızın rayon-şəhər kitabxanalarından əldə edib oxumaq mümkündür.