adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Yanvar 2018 09:07
63049
GÜNDƏM
A- A+

I DÜNYA MÜHARİBƏSİ HAQQINDA MARAQLI FAKTLAR

Birinci Dünya müharibəsi (28 iyul 1914 - 11 noyabr 1918) bəşəriyyət tarixində ən irimiqyaslı silahlı münaqişələrdən biri olmuşdu. Müharibənin başlanmasının əsas səbəblərindən biri 28 iyun 1914-cü ildə Sarayevoda Avstriya şahzadəsi Frans Ferdenandın serb milliyyətiçisi 19 yaşlı Qavrilov Prinsip tərəfindən öldürülməsi olmuşdur. Müharibə nəticəsində 4 imperiya süquta uğradı. Rus, Avstriya-Macarıstan, Osmanlı və alman imperiyaları süquta uğradı. Müharibədə iştirak edən ölkələr 12 milyondan çox əsgərini itirib, 19 milyondan çox dinc sakin öldürülmüş və təqribən 55 milyon yaralı var idi.
Birinci Dünya müharibəsində almanlar ilk alovatan silahdan istifadə ediblər. Onların alovatan silahları təxminən 40 metrdən çox məsafəni alvolandırırdı. 30 ölkənin iştirak etdiyi bu müharibədə 65 milyondan çox kişi iştirak edib. Onların 12 milyonu isə həlak olmuşdur. Sözü müharibədə ittifaq qüvvələri təqribən 7 milyon, mərkəzi qüvvələr isə 5 milyon əsgər itirib. Birinci Dünya müharibəsində xəsarət alanların 35 milyondan çoxu əsgər, qalanı isə dinc sakin olub. Birinci Dünya müharibəsində ölümlərin üçdə ikisi döyüş zonasında olmuşdu. Əvvəlki münaqişələrdə isə ölümlərin çoxu xəstəliklərdən baş verirdi. Birinci Dünya müharibəsində əsgərlərin üçdə biri ispan qripindən dünyasını dəyişib.
Birinci Dünya müharibəsində rus imperiyasının əsgərlərinin sayı 12 milyonu ötürdü ki, bu da rus imperiyasının müharibədəki ən böyük orduya malik olduğunu göstərirdi. Həmin əsgərlərin dörddə üçü həlak olmuş, yaralanmış, qalanları isə itkin düşmüşdü. 1914-cü ilin avqustunda alman əsgərləri Arşotda 150 dinc sakini güllələmişdi. Bu qətllər alman "Schrecklichkeit" strategiyasının (qorxutma) əsasını təşkil edirdi. Onun məqsədi işğal olunmuş ərazilərdə vətəndaşları qorxutmaq idi ki, onlar üsyan etməsin.
Birinci Dünya müharibəsində Britaniya tankları dişi və erkək cinsinə bölünürdü. Erkək tanklar toplara, dişi toplar isə ağır plemyotlara malik idi. "Balaca villi" tarixin ilk tank prototipi idi. 1915-ci ildə inşa olunmuş tank 3 nəfərdən ibarət komandanı özündə saxlaya bilir və saatda 4.8 km sürətlə hərəkət edirdi. Atrilleriya və mina bombardmanı inanılmaz dərəcədə yüksək gurultuya malik idi. 1917-ci ildə Belqiyanın İper çayı yaxınlığında alman cəbhəsində gedən Messin döyüşündəki partlayışlar oradan 220 km uzaqlıqda yerləşən Londonda eşidilirdi.

Dünya hovuzu

Dünya hovuzu Belqiyanın Messin vilayətində yerləşən 12 metr dərinliyində göldü. Bu gölün yaranmasına səbəb 1917-ci ildə britanların 45 tonluq minanı partlatması olmuşdur. Birinci Dünya müharibəsində itləri poçtalyon kimi istifadə edirdilər. Onun xaltasının içində yazı olan kapsula yerləşdirilərək digər cəbhələrə göndərilirdi. İtlər eləcə də teleqraf xətlərinin çəkilməsində istifadə olunurdu. İlk tanklar 1916-cı ildəki Fler-kurselet döyüşündə istifadə olunurdu. İlk öncədən tanklara "quru gəmiləri" deyilirdi. Lakin sonradan britaniyalılar bunlara kod adı tank verməyə qərara gəldilər.
Birinci Dünya müharibəsindəki ən uğurlu qırıcı pilotu Ritmeyster Von Rixtgöfen (1892-1918) olmuşdur. O, 80-dən çox qırıcını məhv etmiş, lakin özü Amyon döyüşündə həlak olmuşdu. İttifaq tərəfin isə ən uğurlu qırıcı pilotu fransalı Rene Fonk (1894-1953) olmuşdur. O, 75 təyyarə məhv etmişdir.
Marqarita Zelle (1876-1917), eləcə də Mata Xale kimi məşhur olan hollandiyalı ekzodik rəqslərin ifaçısı ikitərəfli cəsusluqda ittiham olunmuşdu. Onun bu faktı inkar etməsinə baxmayaraq, fransızlar onu 1917-ci ildə edam etdi. Bir neçə amerikalı ABŞ-ın I Dünya Müharibəsində iştirak etməkdən ilkin imtina etməsinə qarşı çıxdı. Ona görə də onların bir çoxu Fransa xarici legionuna, Britaniya ordusuna və ya Kanada ordusuna qatılmışdı. Həmin qrupdan olan bir neçə amerikalı pilot "lafayet" batalyonunu qurmuş və bu batalyon Qərb cəbhəsinin ən güclü xüsusi bölmələrindən biri olmuşdur.
Birinci Dünya müharibəsi ABŞ-a 30 milyard dollara başa gəldi. Bu müharibədən sonra üç böyük imperiya çökdü - Osmanlı imperiyası, Avstriya-Macarıstan imperiyası, Alman imperiyası və Rus imperiyası.
1914-cü ildən 1918-ci ilə qədər davam etmiş Birinci Dünya müharibəsi demək olar ki, hər qitədə və hər okeanda davam etmişdi. Lakin döyüşlərin əksəriyyəti Mərkəzi Avropada olmuşdur.
Frans Ferdenandın qətlində günahlandırılan qrupun adı "qara əl" idi. ABŞ Birinci Dünya müharibəsinə demək olar ki, onun sonunda qatıldı. ABŞ-dakı seçkilər zamanı Vudro Vilsonun kampaniyasının şüarı "o bizi müharibədən qoruyacaq idi". Lakin o, prezident seçiləndən düz 1 ay sonra, 6 aprel, 1917-ci ildə ABŞ Almaniyaya müharibə elan etdi.
Birinci Dünya müharibəsi Rusiyanın Sovet Sosialist Respublikaları İttifaqına keçməsinə katalizator rolu oynamışdır. Və bu dünyada ilk kommunist dövlətinin qurulması idi. Tarixçilər fikrincə Birinci Dünya müharibəsinin ən möhtəşəm və vacib nəticəsi SSRİ-nin qurulması idi. Sözügedən müharibədən sonra Finlandiya, Estoniya, Latviya, Litva və Polşa müstəqil dövlətlər elan olundular. Müharibədən sonra üzündə ağır yara almış insanlara dünyada ilk olan plastik cərrahiyyə tətbiq olunurdu. Lakin üzlərinin bəzi hissələrini tamamilə itirmiş əsgərlər üçün xüsusi plastik maskalar qoyulurdu. Həmin maskalar xüsusi rəssamlar tərəfindən üzün görünüşü yenidən əvvəlki vəziyyətinə oxşatmaq üçün hazırlanırdı.

Hazırladı:
Yılmaz İBRAHİMOV