ANA SƏHİFƏ / GÜNDƏM

Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

4765    |   2018-01-08 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

Adalet.az xəbər verir ki, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə azərbaycanlı iş adamı, Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

"Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək. ”

Mərhum aktrisanın anası Gövhər xanım isə xəbərdən sevindiyini bildirib:

"Deyirlər ki, bizə ev bağışlanıb, həm də indi yaşadığımız yerə yaxındır. Amma hələ evi görməmişik. İnşallah, deyilənlər düz olar. Evə köçəcəyimiz günü gözləyirik.”

Xatırladaq ki, bu günlərdə APA TV-nin "Show time" verilişimərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin - 8 yaşlı qızının və yaşlı anasının əvvəlkişəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidəyaşadıqları görünürdü.




İmza:

SEVGİDƏN DOĞULMUŞ SƏNƏT və ya ƏBƏDİYYƏTİ YARADAN NƏFƏS

FƏXR EDƏ BİLƏCƏYİMİZ İNSAN - Uroloq-cərrah prof.dr.Akif Bağırov

GÖYÇAYDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR ƏZMKAR FƏALİYYƏTLƏ HƏLL OLUNUR

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Fuad Muradov Almaniyada azərbaycanlı iş adamları ilə görüşüb

Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

İranla gömrük əlaqələri genişlənir

"TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi..."

Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə..."

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı

Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq

Bakıda çökən yol 7-8 il əvvəl salınıb - Açıqlama

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK