adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2018 16:51
5833
GÜNDƏM
A- A+

Xəzəryanı ölkələr gəmilərə nəzarət prinsipini dəyişir

Xəzəryanı dövlətlər limanlarda gəmilərə vahid dövlət nəzarəti rejimi tətbiq etməyi qərara alıb.

Trend-in məlumatına görə, bu cür vahid yanaşma gəmilərin texniki təhlükəsizliyinin artırılmasına və regionda standartlara cavab verməyən gəmilərin istismarını aradan qaldırmağa imkan verəcək.

Bu addım öz növbəsində dəniz qəzalarının sayının azalmasına, gəmidə heyət və üzvlərinin təhlükəsizliyinin artırılmasına, nəqliyyat vasitələrinin və yüklərin mühafizəsinin gücləndirilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda Xəzər dənizində 1600 gəmi istimar olunur.