ANA SƏHİFƏ / SAĞLAMLIQ

Vərəmə yoluxanların sayı 2 dəfə azalıb

2141    |   2018-01-08 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalıb. Eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır:

"2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub. Vərəmin gecikmiş və yayılmış formaların sayındada nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb (7,6% -dən 3,4 %-ə enib).

Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb”.

Məlumatda qeyd olunub ki, qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəməleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir.

"Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017- ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26% azalma müşahidə olunur. Vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi məsələ durur, lakin əminik ki, ölkənin sosial yönümlü siyasəti, beynəlxalq qurumlarla əməkdaşlıq və Səhiyyə Nazirliyinin hərtərəfli dəstəyi ilə bu problem uğurla həll olunacaq”.



İmza:
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK