ANA SƏHİFƏ / SİYASƏT

Prezident 4 səfirin etimadnaməsini qəbul edib - Yenilənib - FOTOLAR

9019    |   2018-01-08 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib. Adalet.az xəbər verir ki, prezident həmçinin Ekvatorial Qvineyanın yeni səfiri Xose Esono Miça Akenqinin də etimadnaməsini qəbul edib.



Prezident İlham Əliyev həmçinin Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul edib. Səfir Bold Ravdan fəxri qarovul dəstəsinin qarşısından keçdi. Bold Ravdan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.


Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi Monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Monqolustan Prezidenti ilə bu yaxınlarda telefon danışığını məmnunluqla xatırladan Prezident İlham Əliyev söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirdi və hər iki tərəfin bu vaxtadək dövlət başçıları və hökumətlər səviyyəsində fəal əlaqələrin olmamasını təəssüf hissi ilə qeyd etdiklərini vurğuladı.


Dövlətimizin başçısı bildirdi ki, bu baxımdan ölkələrimizin müxtəlif qurumları - parlamentlər, nazirliklər, biznes qrupları arasında və siyasi sahədə əlaqələrin həyata keçirilməsi önəmlidir və əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar var. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarını dövlətimizin başçısına çatdırdı və onun da Azərbaycan Prezidenti ilə telefon danışığını məmnunluq hissi ilə xatırladığını vurğuladı. İkitərəfli münasibətlərin istənilən səviyyədə olmadığını bildirən səfir əməkdaşlığımızın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.


Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Prezident İlham Əliyev Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Eyni zamanda İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul edib. Səfir Hamzat İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi. Hamzat İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.


Dövlətimizin başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd etdi. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəni vurğulayan Prezident İlham Əliyev bununla bağlı ölkəmizdə bir sıra mühüm tədbirlərin keçirildiyini bildirərək, ötən ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunmasının və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyətini qeyd etdi. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğuladı və bu baxımdan iki ölkə arasında müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin zəruriliyini bildirdi.



Səfir Hamzat İbrahim Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hamzat İbrahim ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd edərək iqtisadi əməkdaşlığımızın bu səviyyəyə uyğun olmadığını dedi. O, Bakıya bu səfəri zamanı Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi yollarının müəyyənləşdiriləcəyini bildirdi. Ölkələrimizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayan səfir turizm, təhsil, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.


Görüşdə əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, ticarət, müdafiə sənayesi və digər sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulandı və bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi üçün birgə hökumətlərarası komissiyanın yaradılmasının məqsədəuyğun olduğu qeyd edildi. Dövlətimizin başçısı Nigeriya Prezidenti Məhəmməd Buxarinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya Prezidentinə çatdırmağı xahiş etdi.



İmza:

Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək

Qazaxıstan Dəmir Yolları: Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir

Putin Ərəbistana gedəcək - Kaşıkçı məsələsinin bitməsini gözləyir

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR

"Belarusiyaya qarşı hər hansı bir hərbi müdaxilə..."

Millət vəkili: “Star” layihəsi Azərbaycan və Türkiyənin nüfuzunu daha da artıracaq

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - “ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Novruz Məmmədov nazirləri topladı

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Milli Məclisdə komitə iclası keçirilib

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK