ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Aşıq Vüqar infarkt keçirib

20278    |   2018-01-08 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü aşıq Vüqar Mahmudoğlu infarkt keçirib. 

Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin saytımıza verdiyi məlumata görə, sənətkarın vəziyyəti ağırdır. "Atamın vəziyyəti qəfil pisləşdi, məlum oldu ki, infarkt keçirib. Gecə ilə o, Gömrük Hospitalına yerləşdirilib. Hazırda reanimasiyadadır. Həkimlərinin səylərinə baxmayaraq hələ də komadan ayılmayıb. Vəziyyəti çox ağırdır. Gözləyirik. Dualarınızı əsirgəməyin”-deyə Ə.Niftəliyev bildirdi. Qeyd edək ki, aşıq Vüqar 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub. Biz də tanınmış sənətkara Allahdan şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzu edirik.


İmza:
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK