adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Yanvar 2018 15:03
20170
DÜNYA
A- A+

«ORT» KİMİ «MİR» KANALINI DA YERİNDƏ OTURTMAQ LAZIMDI

«ORT»-də «Pole Çudes»də ermənipərəstlik edib Azərbaycanı aşağıladılar. Amma Azərbaycanın göstərdiyi böyük etirazdan sonra «ORT» yerində oturduldu və bir «Pole Çudes» yüksək səviyyədə Azərbaycana həsr edildi.

Bu günlərdə bizim də pulumuzla maliyyələşən «Mir» televiziya kanalı guya Strabonun xəritəsi ilə bağlı geniş bir veriliş nümayiş etdirdi. Gürcüstandan başladılar. Gürcüstanın şəhərlərini gəzdilər, tarixi abidələrini nümayiş etdirdilər (hərçənd ki o abidələrin çoxunu türklər tikib), gürcü mentalitetindən danışdılar.

Nə isə…

Ordan keçdilər Ermənistanın şəhərlərini gəzdilər. Onların da tarixi abidələri, mentaliteti, rəqsləri, kabab festivalı, vur-çatlasın, çal oynasın.

Ordan da keçdilər Azərbaycana. Getdilər çıxdılar Xınalığa. Hətta dedilər ki, İpək Yolu Xınalıqdan keçibmiş. Olsun, amma Xınalığa yolu deyəsən bir on beş ildi çəkiblər. Nə isə, Xınalıqdakı adamları danışdırdılar və belə təqdim elədilər ki, yəni türk obası deyil, dilləri də Dağıstan xalqlarının dillərinə yaxındı. Nəhayət, ordan da gəlib çıxdılar bizim Qobustana. Orda da Roma izləri axtardılar, Roma yazıları tapdılar. Fikirlərindən belə çıxdı ki, bu möhtəşəm tarixi abidə biz türklərə aid deyil. Hərçənd ki bütün dünya alimləri Qobustan abidələrini bizim eramızdan beş min il, nə bilim daha neçə min il qədim olduğunu sübut ediblər. Onda romalılar tumançağ gəzirdilər.

«ORT»-ni yerində oturtduğumuz kimi «Mir» kanalını da yerində oturdacağımıza inanırıq.

Söz yetkili orqanlarınındı.