adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Yanvar 2018 14:47
31871
MARAQLI
A- A+

BİR TÜRK LƏTİFƏSİ

Qurbağalar çayın kənarında özlərini günə verib bütün günü quruldayırmışlar. Hər gün də bir qartal qəfil yenib birini götürürmüş və həzmi-rabedən keçirirmiş.

Bir gün, iki gün, beş gün, on beş gün, bir ay. Qurbağalar yığışıb çıxış yolu axtarırlar. Belə qərara gəlirlər ki, çayın kənarında tənha yaşayan müdrik anaş qurbağadan məsləhət alsınlar. Gedirlər yanına. Məsələni açırlar.

Müdrik anaş qurbağa deyir:

- Siz belə edin, qartal gələndə hamınız əl-ələ tutun, sizi birlikdə qaldırmağa gücü çatmaycaq.

Səhərisi qartal gələndə qurbağalar hamısı əl-ələ tutur, qartal da şığıyıb birini götürəndə elə hamısını qaldırır.

Qurbağalar müdrik anaş qurbağanı səsləyirlər ki, bəs nə oldu, hamımızı aparır axı?!

Müdrik anaş qurbağa:

- Bütün günü quruldayıb çoxdan zəhləmimi tökürdüz, yatmağa da qoymurduz, indi di gedin.