adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Yanvar 2018 14:45
199107
SİYASƏT
A- A+

İKİ XALQ CƏBHƏSİ PARTİYASI

Eyni adda iki qəzet, iki QHT, iki təşkilat, hətta iki mağaza ola bilməz. Amma ölkədə Azərbaycan Xalq Cəbhəsi Partiyası adında iki partiya fəaliyyət göstərir.

Mətbuatdan oxuyuruq ki, AXCP-nin sədri Əli Kərimli dedi ki…

Və yaxud oxuyuruq ki, AXCP-nin sədri Razi Nurullayev dedi ki… və sair və ilaxır. Və bunun üzərində mübahisələr, müzakirələr gedir. Bu mübahisələri, bu müzakirələri kəsmək üçün maraqlı bir təklif vermək istəyirik. Qoy AXCP-lərdən biri işğal olunmuş ərazilərdə fəaliyyət göstərsin, biri işğal olunmamış. Seçimi özləri etsinlər, ya da püşk atsınlar.