adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Professor od püskürdü: “Bəsdirin Türk düşmənlərini baş tacı etdiniz!”

8103 | 2018-01-08 12:37

Ey Azərbaycanın bəzi xəbər saytları!

Ey bəzi qeyri-hökumət təşkilatları!

Bir az milli qeyrət, vətən təşəbbüsü ilə hərəkətedin!

Türkiyədə nə qədər Azərbaycan düşməni var baş tacı etməyin.

Recep İvedik-5 filmində Azərbaycan Bayrağını və Azərbaycanlınıtəhqir edən Şahana, onun çəkdiyi filmə qarşı etiraz etdiyim üçün canlı yayındatərbiyəsizcə mənə və Azərbaycana həqarəti edən Seren Serengil adlı qadına Azərbaycanadından mükafat verirsiniz.

Niyə?

Azərbayacanadaha çox söyməsi üçünmü?

Azərbaycanlıiştirakçının gözəl ifasına rəğmən sənin ləhcəni (yəni Azərbaycan dilini)bəyənmədim deyərək başından böyük danışan Yıldız Tilbenin oxuduğu (rüsvayetdiyi) Azərbaycan mahnısını saytlardan reklam edirsiniz.

Niyə?

Ana dilimizəsöylədiklərindən sonra başqa bir Azərbaycanlı yarışmaçının da atasına diluzatmağı üçünmü?

Başınızaçıxardığınız Mahsun Kırmızıgülün PKK, Özcan Denizin ermeni sevgisi dərs olmadısizə?

TRT-nin xəbəraparıcısı Oya Eren həyatını Türklüyə həsr edən, TRT-də işlədilən Azərikəliməsindən bizim kimi narahat olaraq bu ifadəni Azərbaycanlı yaxud AzərbaycanTürkləri şəklində istifadə etdirən, 20 yanvar və Xocalı soyqırımınıntanınmasında bizdən çox qeyrət çəkən bir övladımızdır.

Erzurumluolan Akademik Ahmet Toksoyu millət Azərbaycanlı kimi tanıyır.

ÖmrünüAzərbaycan başda olmaqla Türk Dünyasına həsr edən bu şəxs Allahın hər günüAzərbaycan elmini, mədəniyyətini təbliğ edir.

Gözde KılıçYaşın uzun illərdir Xocalıya Ədalət kompaniyası dairəsində ciddi və qeyrətləçalışır.

Ona və onunkimi Azərbaycanı sevənlərə deyil də Azərbaycanı həqarət edənləri niyəqucaqlayırsınız?

Türkiyədəyaşayan Azərbaycanlıları fərqli ad və fərqli məzhəblərə ayıran, qəsdənAzərbaycanlılar arasına nifaq salan insanları Türkçü Dərnəklər adı altındabaşınıza çıxardırsınız.

Niyə?

PKK-lı Fetoçüadamların sponsorluq etdiyi "milliyətçi” internet sayt sahibləri var ki,acından ölürdülər, indi son model maşınlarda gəzirlər.

Aqil Camal,Nurəddin Xoca kimi vətənsevərlər də ailə uşaqlarının boğazından kəsərək ayaqdadurmağa çalışırlar.

Bilmədən, yada bilərək çox zaman sırf Türkiyədənçağrılıram forsunu yaşamaq üçün Azərbaycanın əleyhinə olanlarla qol-qolagəzirsiniz?

Niyə özümüzügülünc vəziyyətə salırıq?

Nagehan Alçıdemək ki, bizi bizdən yaxşı tanıyır, ona görə bir yeri ilə bizə gülərək "Ay çoxqorxdum Azərilərdən” deyərək lağa qoydu da Yerevandan

Qarabağakeçərkən...

Bilirdi milliqeyrətimizi.

İçimizdən beşnəfər çıxmadı onun yazdığı qəzeti, çıxdığı televizya kanalını etiraz edən.

Bəsdirinda...

Bəsdirin...


Prof.dr AygünAttar


TƏQVİM / ARXİV