ANA SƏHİFƏ / YAZARLAR

Professor od püskürdü: “Bəsdirin Türk düşmənlərini baş tacı etdiniz!”

4365    |   2018-01-08 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ey Azərbaycanın bəzi xəbər saytları!

Ey bəzi qeyri-hökumət təşkilatları!

Bir az milli qeyrət, vətən təşəbbüsü ilə hərəkət edin!

Türkiyədə nə qədər Azərbaycan düşməni var baş tacı etməyin.

Recep İvedik-5 filmində Azərbaycan Bayrağını və Azərbaycanlını təhqir edən Şahana, onun çəkdiyi filmə qarşı etiraz etdiyim üçün canlı yayında tərbiyəsizcə mənə və Azərbaycana həqarəti edən Seren Serengil adlı qadına Azərbaycan adından mükafat verirsiniz.

Niyə?

Azərbayacana daha çox söyməsi üçünmü?

Azərbaycanlı iştirakçının gözəl ifasına rəğmən sənin ləhcəni (yəni Azərbaycan dilini) bəyənmədim deyərək başından böyük danışan Yıldız Tilbenin oxuduğu (rüsvay etdiyi) Azərbaycan mahnısını saytlardan reklam edirsiniz.

Niyə?

Ana dilimizə söylədiklərindən sonra başqa bir Azərbaycanlı yarışmaçının da atasına dil uzatmağı üçünmü?

Başınıza çıxardığınız Mahsun Kırmızıgülün PKK, Özcan Denizin ermeni sevgisi dərs olmadı sizə?

TRT-nin xəbər aparıcısı Oya Eren həyatını Türklüyə həsr edən, TRT-də işlədilən Azəri kəliməsindən bizim kimi narahat olaraq bu ifadəni Azərbaycanlı yaxud Azərbaycan Türkləri şəklində istifadə etdirən, 20 yanvar və Xocalı soyqırımının tanınmasında bizdən çox qeyrət çəkən bir övladımızdır.

Erzurumlu olan Akademik Ahmet Toksoyu millət Azərbaycanlı kimi tanıyır.

Ömrünü Azərbaycan başda olmaqla Türk Dünyasına həsr edən bu şəxs Allahın hər günü Azərbaycan elmini, mədəniyyətini təbliğ edir.

Gözde Kılıç Yaşın uzun illərdir Xocalıya Ədalət kompaniyası dairəsində ciddi və qeyrətlə çalışır.

Ona və onun kimi Azərbaycanı sevənlərə deyil də Azərbaycanı həqarət edənləri niyə qucaqlayırsınız?

Türkiyədə yaşayan Azərbaycanlıları fərqli ad və fərqli məzhəblərə ayıran, qəsdən Azərbaycanlılar arasına nifaq salan insanları Türkçü Dərnəklər adı altında başınıza çıxardırsınız.

Niyə?

PKK-lı Fetoçü adamların sponsorluq etdiyi "milliyətçi” internet sayt sahibləri var ki, acından ölürdülər, indi son model maşınlarda gəzirlər.

Aqil Camal, Nurəddin Xoca kimi vətənsevərlər də ailə uşaqlarının boğazından kəsərək ayaqda durmağa çalışırlar.

Bilmədən, ya da bilərək çox zaman sırf Türkiyədən çağrılıram forsunu yaşamaq üçün Azərbaycanın əleyhinə olanlarla qol-qola gəzirsiniz?

Niyə özümüzü gülünc vəziyyətə salırıq?

Nagehan Alçı demək ki, bizi bizdən yaxşı tanıyır, ona görə bir yeri ilə bizə gülərək "Ay çox qorxdum Azərilərdən” deyərək lağa qoydu da Yerevandan

Qarabağa keçərkən...

Bilirdi milli qeyrətimizi.

İçimizdən beş nəfər çıxmadı onun yazdığı qəzeti, çıxdığı televizya kanalını etiraz edən.

Bəsdirin da...

Bəsdirin...


Prof.dr Aygün Attar




İmza:

YAZARIN ARXİVİ

2018-04-25 : SÖZÜN HAVASI
2018-04-25 : QARAKÖPƏKTƏPƏ
2018-04-25 : Sokrat metodu
2018-04-24 : QARAKÖPƏKTƏPƏ
2018-04-21 : Həyat etüdləri
2018-04-21 : Vaqif Aslan
2018-04-19 : Almas İldırım
2018-04-19 : İpin "günahı"
2018-04-17 : AÇIQ MƏKTUB
2018-04-17 : Almas İldırım
2018-04-17 : VADAR OLDUM
2018-04-17 : Almas İldırım
2018-04-17 : Mübarizə yolu
2018-04-13 : ƏHMƏD CAVAD
2018-04-13 : Qardaşım Arif!
2018-04-13 : Kosmosda SÜLH!
2018-04-10 : Çörək ətri
2018-04-10 : ƏHMƏD CAVAD
2018-04-09 : Həyat cizgiləri
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK