adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Yanvar 2018 12:27
15502
İDMAN
A- A+

“Mən elə oğlanam ki...” – Ansi Aqolli

"Qarabağ”ın müdafiəçisi Ansi Aqolli kpitanı olduğu Albaniya millisinin 2017-ci ildəki çıxışını dəyərlənidirib.

Qol.az-ın məlumatına görə, hazırda ölkəsində olan 35 yaşlı futbolçu "Ora Skaner” televiziyasına açıqlamasında ötən il pis çıxış etmədiklərinibildirib:

"Ötən il millimiz üçün uğurlu oldu. Mən elə oğlanam ki, özümdən razı olmuram. Yəni, komandamın çıxışlarına, nəticələrinə deyil, özümə tənqidlə yanaşıram. Biz DÇ-2018-in seçmə mərhələsini 3-cü pillədə başa vurduq. Hansı ki, çətin rəqiblərlə bir qrupda yer almışdıq. Millimizin ötənilki çıxışı 7 bala layiqdir”.

Qeyd edək ki, Aqolli 2005-ci ildən Albaniya millisində çıxış edir.