ANA SƏHİFƏ / HADİSƏ

Xəttab necə öldürülüb? - TƏFƏRRÜAT

2713    |   2018-01-08 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çeçenistanda beynəlxalq terrorçu Xəttabın zərərsizləşdirilməsinin detalları məlum olub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, terrorçu məktub vasitəsi ilə zəhərlənərək məhv edilib. Məlumata əsasən, onun zərərsizləşdirilməsi tez-tez yerini dəyişməsi və rabitə vasitələrinə güvənməməsi səbəbindən çətin olub. Terrorçu kənar şəxslərlə məktub vasitəsi ilə əlaqə saxlayıb. Məktublar isə kuryerlərə izlənməsi mümkün olmayan xüsusi zəncir vasitəsi ilə çatdırılıb.

Xəttabın öldürülməsinə görə mükafat təyin edildikdən sonra kuryerlərdən biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ildə kuryer hüquq-mühafizə orqanlarına Səudiyyə Ərəbistanından məktub aldığını bildirib. Moskvadan kimyaçı mütəxəssis həmin məktubun üzərində işləyərək üzərinə kəskin zəhərləyici xüsusiyyətə malik zəhər töküb.

Xəttabın mühafizəçisi istintaq zamanı bildirib ki, Xəttab məktubu oxuduqdan sonra yandırıb.

Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb və terrorçu 2002-ci il martın 20-də ölüb.




İmza:
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK