ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gömrükdə 920 qutu pirotexniki vasitə müsadirə olunub

5743    |   2018-01-08 11:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gürcüstandan gətirilən pirotexniki vasitələr gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb və həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK