adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Yanvar 2018 17:37
13196
MƏMLƏKƏT
A- A+

Evdə köməksiz qalan şəxs xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ​Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.