adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Yanvar 2018 11:32
32729
TEXNOLOGİYA
A- A+

“Android”də işləyən ən yaxşı smartfonlar – SİYAHI

Ekspertlər Çin istehsalı olan "Huawei Mate 10 Pro” telefonunu Android əməliyyat sistemində (ƏS) işləyən ən yaxşı smartfon hesab edir.

Bu barədə "Android Authority” portalı məlumat yayıb.

"Android Authority” portalı tərəfindən keçirilən testlər zaman həlledici faktorlar kimi texniki parametrlər, işləmə sürəti, akkumulyatorun imkanları, qiymət, həmçinin kamera götürülüb. Bundan əlavə fotoşəkillərin keyfiyyəti istifadəçilərin səsləri əsasında müəyyənləşib.

Testlərin nəticəsinə əsasən "Huawei Mate 10 Pro” 361 bal toplayıb, Cənubi Koreya istehsalı olan "Samsung Galaxy Note 8” isə 354 bal toplayıb. Üçüncü yerdə isə 337 balla "OnePlus 5T” qərarlaşıb.

Siyahıda həmçinin "Nokia 8”, "LG V30”, "Pixel 2 XL”, "Moto Z2 Force”, "Sony Xperia XZ1”, "Razer Phone” və "BlackBerry KEYone Black”-də yer alıb.(azvision.az)