ANA SƏHİFƏ / GÜNDƏM

Qarabağ müharibəsində dönüş: Horadiz əməliyyatından 24 il ötür

5104    |   2018-01-06 10:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Ordusunun Horadizdə apardığı uğurlu əməliyyatdan 24 il ötür.

1993-cü il oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi ələ keçirmiş, bununla da Zəngilan rayonu ilə əlaqəni kəsmişdilər. Lakin həmin ilin dekabrında erməni silahlı dəstələri Füzuli şəhərinin şərq istiqamətində hərəkət etməyə cəhd göstərsələr də, güclü müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur oldular. Bundan sonra Azərbaycan Ordusu üç istiqamətdə hücuma keçdi. Dekabrın 15-də Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər - hücuma keçdilər. Bu hücum erməniləri Ağdərənin bir sıra yaşayış məntəqələrini tərk etməyə məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri Dağlıq Qarabağın cənub-şərqində, Beyləqan rayonundan gəlirdi. Hərbçilərimiz düşmənin müdafiəsini dağıdaraq top və raket zərbələri altında Füzuli rayonunun daxilinə irəliləməyə başladılar. 1994-cü il yanvarın əvvəlində hərbçilərimiz 11 qəsəbə və Azərbaycan-İran sərhədi boyunca 40 km uzunluğunda ərazini ələ keçirdilər.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada yanvarın 5-də bir gün ərzində qənimət kimi 3 tank, 1 ədəd "Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürdü. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkildi.

Yanvarın 6-da 702-ci alay düşmənin müqavimətini qıraraq qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsində yerləşən Horadizə daxil oldu, qəsəbəni, Horadiz dəmiryol stansiyasını və Araz çayı üzərində strateji Xudafərin körpülərini ələ keçirdi, Horadizə Azərbaycan bayrağını sancdı.

Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, ümumilikdə 21 min hekrat ərazi Azərbaycanın nəzarətinə keçdi.



İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK