ANA SƏHİFƏ / YAZARLAR

BİR GÜN BELƏ XOŞBƏXT OLMAQ...

9396    |   2018-01-06 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Günlərin üzü noyabra doğru olmasına baxmayaraq, İstanbul sanki yay fəslinə qayıtmışdı. Oktyabrın 14-dən havanın hərarəti 27 dərəcəni aşmaqla daha da yüksəlirdi. Rəsmi proqnoz-məlumatlar oktyabrın 22-si 23-dək havaların məhz bu cür keçəcəyini, 30 dərəcəyə çatacağını bildirirdi. Əksəriyyət yenidən yay geyimlərinə qayıdır, qısaqol köynəklərə, yüngül ayaqqabılara keçir, sanki bir təbiət retrosuna düşürdü.
Mən Bakıdan necə gəlmişəmsə, eləcə payız paltarındayam. Əhvalım da sonbahar kimidir; üşüyür, saralıb-solmaq istəyir sanki. Ancaq çalışıb bir yol tapmalıyam. Medipol Universiteti Xəstəxanasındakı müayinələrin nəticəsi olaraq əməliyyat 2 gün sonraya müəyyənləşdirilib. Həkimim, neyrocərrah Nejat Akalan gözəl insandır, mənə böyük ümidlər verib. Hərdən mən də xoşbəxtlik haqqında düşünürəm. Son üç ildə beşinci dəfədir xəyallarımın, ümidlərimin şəhərində - İstanbuldayam. Bunlardan yalnız biri səyahət və istirahət məqsədli olsa da, səhhətimlə bağlı digər səfərlərimdə də gəzmək üçün vaxt qopara bilmişəm. İndi də bu fikirdəyəm. Həm də vəziyyətin özü buna imkan yaradıb.
Məqsədimi Ayaz həkimə bildirirəm. Sevinir. Yəni əhval-ruhiyyəmin yüksəlişinə, həyat eşqimə, gəzib dolaşmaq həvəsimə ürəkdən bağlanır. Biz onunla İstanbulu o baş-bu baş çox gəzib dolaşmışıq. Türkiyənin başqa şəhərlərində də olmuşuq. Ancaq mənim daha çox rahatlandığım, hər görüşümdə sanki xoşbəxt olduğum bir məkan var ki, elə Ayazı da çox çəkir özünə.
Dosye: həkim Ayaz Şirəliyev mənim dostumdur. Yox, 10-15 il əvvəllərə kimi dostum idi, indi qardaşıq. Həm də mənim qardaşım yoxdur axı. Daha doğrusu 2 qardaşım vardı, indi yoxdur. Nazim də, Mahir də vaxtsız vədəsiz bu dünyadan köç etdilər. Ayaz mənim qardaşımdır. Onun haqqında 2014-cü ildə qələmə aldığım "İstanbulda İstanbul həsrəti" esse yazımda geniş söhbət açmışam. Yenə də düşünürəm ki, yalnız doğma qardaş Ayaz həkim kimi olar.
Batışehirdən, qaldığımız 30 mərtəbəli "Şeraton" otelindən öz aramızda İstanbulun tam mərkəzi adlandırdığımız Sultanəhməd Meydanına yolun çox hissəsini metro ilə (metroya qədər taksi tuturuq), qalan hissəsini isə Aksaraydan keçid edərək tramvayla gəlirik. Bu həm maraqlıdır, həm də pula qənaətdir. Batışehirdən Sultanəhmədə birbaşa taksi ilə gəlmək istəsən, aşağı-yuxarı, 80 lirədən keçəsən gərək.
...Bu da 203-cü ildən Hipodrom, Osmanlı dönəmində At Meydanı, Cümhuriyyət dövründən isə Sultanəhməd Meydanı adlanan tarixi məkan, sanki bir açıq hava muzeyi. Yox, mənim Topqapı Sarayından, Aya Sofiyadan, Sultanəhməd camisindən, eləcə buralardakı digər tarixi abidələrdən, gözəl məkanlardan sıx-sıx söhbət açmaq fikrim yoxdur. Mənə görə qəribə çıxar belə bir yanaşma. Artıq əksəriyyət üçün açıq olan bir tarixi və ətrafa nur saçan gözəlliyi təkrarlamaq, vəsf etmək 25-30 il bundan qabaqlara qədər diqqət çəkərdi bəlkə də. İndi məqsəd başqadır, indi Alman kəhrizinin sağ qolunda, Sultanəhməd camisinin çöl hasarı boyunca uzanan çayxanadan qalxıb aşağıya, Gülhanəyə tərəf gedirik. Əslində Gülhanə parkının özü də "Sultanəhməd rayonuna" aid məkandır. Həm də qədim parkdır. Osmanlı sultanları öz əyanları ilə istirahətə çıxarkən Allah bilir Gülhanənin özündə də nə qədər xoş anlar keçiriblər, Allah bilir neçə dəfə Gülhanədən azca aşağılara - Mərmərənin sahillərinə güzar ediblər.
Gülhanədə Atatürkün abidəsindən və bir neçə kiçik istirahət qurğularından savayı müasir heç nə görə bilmərsən. Hətta iaşə xidmətləri də elə düzənlənib ki, hər tərəfdən qədimlik hiss olunsun. Hündür ağacların başındakı leylək yuvaları boşdur, yəqin uçub gediblər. Başımı hələ ki, çəmənliklərə qədər uçub gələn martılarla qarışdırıram. Dəniz yaxındadır, qoxsunu da hiss edirsən. Bəs məni buraya daha çox çəkən, Gülhanəni mənim üçün əfsanələşdirən Nazim Hikmət? Bu dəfə tam olaraq ona görə gəlmişəm Gühanəyə. Onunla söhbət etməyə, onu dinləməyə, ondan xoşbəxtliyin ünvanını soruşmağa gəlmişəm. Əvvəllər İstanbul haqqında yazdığım essedən kiçik parçanı xatırlayıram: "...Axşamlar mütləq Gülhanəyə gedirik, Gülhanə parkına. Hər dəfə " o ceviz ağacını - mavi gözlü divi" axtarır və uzaq xəyallara dalıram. Qəfil ağlımdan bir şey keçir: Görəsən parkdakı bu qədər insanların arasında məndən başqa o dahiyanə misraları və böyük Nazim Hikməti düşünən varmı? Bax, bu da həmin polis - biri qadındır, ikisi kişi. Onlar bizim və ayrıca olaraq mənim xəyallarımın "yanından" saymazyana ötüb keçirlər. "Farkımda deyillər" yəni. Düz, 57 il bundan əvvəli kimi..."
...Yox, mən Gülhanədə gəzib də sadəlöhvcəsinə həmin o ceviz ağacını axtarmıram. Burada yerli-dibli, heç zaman ceviz ağacı olmayıb da. Amma O həm də var axı! Xəyallarımızda, düşüncələrimizdə, ruhumuzda obrazlaşan ceviz ağacı! Nazımın cevizi, Nazımın özü! Artıq mən onun sehrində, cazibəsindəyəm. Artıq mən onun div səsini hər tərəfdən eşidirəm; hara baxsam gözəllikdir, harda dursam onu görürəm, onu dinləyirəm:

"Başım köpük-köpük bulud, içim, dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Budak-budak, şehram-şehram ihtiyar bir ceviz,
Ne sen bunun farkındasın, ne de polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkında,
Yapraklarım suda balık gibi kıvıl-kıvıl,
Yapraklarım ipek mendil gibi tiril-tiril,
Koparıver, gözlerinin, gülüm, yaşını sil,
Ben bir ceviz ağacıyım Gülhane Parkında
Ne sen bunun farkındasın, ne de polis farkında.
Yapraklarım ellerimdir, tam yüz bin elim var,
Yüz bin elle dokunurum sana, İstanbula...
Baxma, necə də olsa mən özümdəyəm, ətrafı tam qavrayıram. Nazim Hikmətin silueti hər ağacda, hər tində, hər boşluqda apaydın görünür. Xoşbəxtlik üçün bunlar da bəsimdir. Vücudum, şüurum, düşüncəm necə də rahatdır. Əbədi xoşbəxtlik olmur axı həm də. Bir neçə saat eləcə ağrı-acısız keçmişlə bu günü qovuşdurub yaşamaq necə də gözəldir. Möcüzə baş verib elə bil. Ürəyim o qədər rahatdır ki! Ayaz da mənim bu halıma çox sevinir. Həkim kimi, həm də qardaş kimi sevinir. Elə şeylər var ki, onunla müqayisədə var-dövlət, şan-şöhrət də boş şeydir, elə kasıbçılıq, ağrı-acı da...
Əsl xoşbəxtlik nədir? Hərəmiz bir cür yozarıq. İndi burada, Gülhanədə, Nazımın ruhu bitən yerdə xoşbəxtlik haqqında düşünüb də onun Abidin Dinoya yazdığı şeiri xatırlamamaq olarmı?

"Sen mutluluğun resmini
yapabilirmisin Abidin?
İşin kolayına kaçmadan ama
Gül yanaqlı bebesini emziren
melek yüzlü anneciyin resmini deyil,
Ne de ak örtükde elmaların
Ne de akvaryumda su kabarçıqlarının
arasında dolanan kırmızı balığınkını
Sen mutluluğun resmini
yapabilirmisin Abidin?.."

...Parkın dərinliklərindəki labirintə bənzər bir guşədə əyləşib dincimi alıram. Ayaz uzaqdan dəstə ilə gələn adamların şəklini çəkir. Yaxınlıqda olsaydılar çəkmək üçün yəqin icazə istəyərdi. Ayaz müəyyənləşdirərək başqa şəkillər də çəkir. Məni də yaddan çıxarmır. İndi, bax bu an heç kim bilmir ki, mən hara baxıram, nə düşünürəm. Allahıma üz tutmuşam qardaş, Allahımla danışıram, Uca Yaradanla...
Allahım, bəxş etdiyin bu xoş ovqatı, saf ruhu, bir neçə saatlıq xoşbəxtliyi mənə halal edərsənmi? Bütün varlığımla Sənə üz tutub deyirəm: Sənin böyük lütfünlə mən bax belə, Sən necə bəxş etdinsə eləcə, çox-çox xoşbəxtəm yaşadığım bu anlarda. Elə edərsənmi, bu anları bir daha yaşaya bilim, elə edərsənmi, vətənim Azərbaycan və Türkiyəm pis nəzərlərdən uzaq olsun həmişə? Elə edərsənmi, Qarabağın azadlığını görə bilim, ağrı-acısız bir az da yaşaya bilim? Bu gün misralarını bir dua kimi pıçıldadığım o dahi şairdən də doymayım heç vaxt...
İmkan olsa, söyləyəcəklərim, yazacaqlarım, oxuyacaqlarım var hələ, şeir var, musiqi var, dünyanı gözəlləşdirən o azan səsi var. Məni belə tezliklə onlardan ayırmazsan ki? Futbol var, Allahım, Dünya birinciliyi, Avropa çempionatı, Olimpiadalar var!
Məni bir daha Gülhanəyə gətirərsənmi?
Sən, Uca Yaradan, Nazımın istədiklərini yer üzünün bütün yaxşı insanları üçün göndərərsənmi?
İstanbul, 17 oktyabr, 2017




YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK