ANA SƏHİFƏ / SAĞLAMLIQ

Soyuducudan uzaq tutulası 7 ərzaq

5601    |   2018-01-05 18:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bazardan aldığımız naz-neməti evə gələr-gəlməz soyuducuya atmağa çalışırıq. Çünki soyuducudakı azuqlərin daha gec xarab olacağını düşünürük. Ancaq əslində hər şey soyuducuya qoyulmur. Sizlər üçün soyuducudan uzaq tutulası bəzi ərzaqları təqdim edirik.








Zeytun yağı: Soyuducuda yox, qaranlıq və quru şəraitdə saxlayın. Bu yer istidən də uzaq olmalıdır. Soyuducuya qoyulan zeytun yağı qatılaşır.


Banan: Xüsusilə də kal bananları soyuqdan mühafizə etmək lazımdır. Soyuducuya qoyulan bananın qabığı zədələnir və xarab olmağa başlayır. Bu səbəbdən bananlar qəhvə rəngi alana qədər soyuducuda saxlamayın.


Pomidor: Əslində mübahisəli mövzudur. Amma soyuducu meyvələrin yetişməsinin qarşısını alır. Buna görə də tam yetişməmiş pomidorları soyuducuda saxlamayın.


Qəhvə: Qəhvə çəyirdəyi ətrafdakı qoxunu özünə çəkir. Bu səbəbdən qəhvəni soyuducuda saxlamaq olmaz.


Soğan və sarımsaq: Soğan və sarımsağı sərin və quru şəraitdə saxlayın. Çünki soyuducuya qoyulan soğan və sarımsağın qabığı xarab olur.


Çiyələk: Çiyələyi aldıqdan sonra soyuducuya qoymaq lazımdır. Yuyub soyuducuya qoyulan çiyələk qısa müddətə kiflənir.


Bal: Soyuq şəraitdə balın molekulyar quruluşuna ziyan vurur və ləzzətini xarab edir. Balı istidən uzaq, sərin və quru şəraitdə saxlayın.




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK