adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2018 15:46
10951
HADİSƏ
A- A+

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra öldü

Gəncədə ana qeysəriyyə əməliyyatından sonra ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərdə olan özəl xəstəxanaların birində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəsibova Nigar Fəxrəddin qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra ananın vəziyyəti pisləşib. Bir neçə gün müalicə alsa da, N. Nəsibovanı xilas etmək mümkün olmayıb.

Yeni doğulan körpə sağ qalıb. Məlumata görə, bu, N. Nəsibovanın dünyaya gətirdiyi ikinci övladdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.