adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Yanvar 2018 15:31
12201
SAĞLAMLIQ
A- A+

Kolbasa qadınlarda xərçəng yaradır

Şotlandiya alimləri kolbasa və sosiskaların insanda xərçəng xəstəlikləri riskini artırdığı qənaətinə gəliblər.

Adalet.az xəbər verir ki, müvafiq məlumatla bağlı bəyanat Avropa Xərçəng Jurnalında (EJC) dərc olunub.

Qlazqo Universitetinin mütəxəssisləri orta yaşlı qadınların qatıldığı 260 min nəfər arasında tədqiqat aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, gündə cəmi doqquz qram kolbasa məhsulu qəbul edən qadınlarda döş xərçənginin inkişafı ehtimalının 15 faiz artır.