adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2018 15:14
15486
İDMAN
A- A+

Reynaldo Slovakiya klubunda

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Slovakiyada davam etdirəcək.

Qol.az-ın bu ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı hücumçu yüksək liqada mübarizə aparan Trnava "Spartak"ında baxışdadır.

"Spartak" Reynaldo ilə yanaşı "Hannover"dən 21 yaşlı kosovolu yarımmüdafiəçi Valmir Süleymanini də heyətinə cəlb edib.

Hər iki futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Qarabağ"da çıxış edən Reynaldo Ağdam klubunda 3 dəfə çempionluq, iki dəfə isə kubok sevinci yaşayıb. Vurduğu qollarla "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan "sambaçı" ötən ilin yanvarında Türkiyənin "Adanaspor” klubuna keçib və uğursız çıxışına görə sentyabrda komandadan göndərilib.