ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Mahmut hoca” öldü

12051    |   2018-01-05 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib.

Adalet.az-ın Türkiyənin "Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, o uzun müddətxəstəlikdən əziyyət çəkib.

Aktyor "Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub.

Qeyd edək ki,Ankara və İstanbul dövlət teatrlarında çalışıb. 1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayıb. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid "Üçüncü Səlim” filmindəki rolu ilə böyük kinoya qədəm qoyub. 1951-ci ildə Muhsin Ərtuğrulun "Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona "Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib.


"Nəşəli günlər”, "Mavi Muncuq”, "Arım, balım, pәtәyim”, "Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, "Hababam sinifi” trilogiyasındakı "Keçəl Mahmud” obrazı ona böyük məşhurluq gətirib.

Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub.

O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi.




İmza:
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK