adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2018 13:03
20938
İDMAN
A- A+

“Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirdi

Fransalı sol qanad hücumçusu 36 yaşlı Patris Evra "Qalatasaray”la müqaviləyə imza atacaq.

Adalet.az xəbər verir ki, bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq.

"Sky Sports”un xəbərinə görə, bu müqavilə ilə "Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirəcək. "Sarı-qırmızılılar” müqavilənin detallarını müzakirə etmək və prosesi sonlandırmaq üçün futbolçunun menecerini də İstanbula dəvət edib.

Müqvilədə futbolçunun əvvəlcə mövsüm sonuna qədər icarəyə götürülməsi, daha sonra isə müddətin 1 ilə qədər uzadılması nəzərdə tutulub.

"Qalatasaray” fransalı futbolçuya yarım mövsüm üçün 1 milyon 250 min avro təklif edəcək.

Qeyd edək ki, bu mövsüm "Marsel”in heyətində forma geyinən Evra 4 matça çıxıb. Daha sonra azarkeşlərlə dalaşdığı üçün müqviləsinə xitam verilərək klubdan qovulub.