adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2018 12:54
15994
DÜNYA
A- A+

Bu ölkədə həyat dondu

Şimal yarımkürəsini cənginə alan soyuq hava şəraiti ABŞ və Kanadadan sonra Çində də həyatı iflic edib.

Adalet.az xəbər verir ki, kəskin yağışlar və qar fırtınası səbəbilə ölkənin şərq və mərkəz hissələrində təyyarə və qatar səfərləri ləğv edilib, bəzi hava limanlarında buz təbəqəsi əmələ gəldiyi üçün xidmətə bağlı elan edilib.

Eyni zamanda, uşaq bağçaları, orta məktəblər 6 günlük tətilə çıxıb.

Bəzi muxtar vilayətlərin sakinləri isə elektriksiz qalıb.

Qeyd edək ki, dünən Çin Milli Meterologiya Mərkəzi şiddətli qar yağışı səbəbilə narıncı təhlükə siqnalı vermişdi ki, bu da ikinci ən böyük təhlükə riskindən xəbər verir.