adalet.az header logo
  • Bakı 21°C
05 Yanvar 2018 12:47
13721
İDMAN
A- A+

Afrikanın ən yaxşı futbolçusu

Afrikada 2017-ci ilin ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, "Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah bu ada layiq görülüb.

Afrika Futbol Konfederasiyasının apardığı sorğunun nəticəsinə görə, Misir yığmasının üzvü 625 səslə birinci olub. Salahın "Liverpul”dakı komanda yoldaşı seneqallı hücumçu Sadio Mane 507 səslə 2-ci, Dortmund "Borussiya”sının qabonlu hücumçusu Pyerr-Emerik Obameyanq isə 311 səslə 3-cü yeri tutub.

Qeyd edək ki, Məhəmməd Salah bu həftə ərəb ölkələrinin futbolçuları arasında da ilin ən yaxşısı seçilmişdi.