adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Yanvar 2018 12:41
15707
ƏDƏBİYYAT
A- A+

Məşhur İsrail yazıçısı vəfat etdi

Məşhur İsrail nasiri və şairi vəfat edib.

Yazıçı Aaron Apelfeld 85 yaşında dünyasını dəyişib.

Aaron Appelfeld ivrit dilində yazan ən məşhur İsrail yazıçılarındandır. Baxmayaraq ki, onun ana dili alman dilidir, o,əsərlərini ivritdilində yazıb. Alman dilindən başqa o, yəhudi, ukrayna, rus, ingilis və italyan dillərində danışa bilib.

Müharibə zamanı Appelfeld atası ilə birlikdə Transnistriya əsir düşərgəsinə göndərilib. Düşərgədən qaçıb və üç il boyunca, sovet ordusu gələnədək müxtəlif yerlərdə gizlənib.

Sovet ordusuna qoşulub və orduda aşpaz kimi çalışıb. Müharibədən sonra İtaliyadaköçürüləcək şəxslərin saxlanıldığı düşərgədə yaşayıb.1946-ci ildə Fələstinə köçüb.