ANA SƏHİFƏ / Layihə

Albaniya - Qədim Azərbaycan dövləti

11397    |   2018-01-05 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Bu yazıda e.ə. IV əsrin sonu - III əsrin əvvəllərində mövcud olmuş qədim Azərbaycan dövləti olan Albaniya tarixindən bəhs olunur.
"Albaniya" və "albanlar" tarixi Azərbaycanın əsasən şimal vilayətlərini əhatə edən ölkənin və həmin ölkədə yaşayan xalqın antik mənbələrdən məlum olan adlarıdır. Qədim Azərbaycan dövləti Albaniya tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət olmuşdur.
Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Antik dövrün müəyyən bir mərhələsini və erkən orta çağların bir neçə yüzilliyini əhatə etmiş Azərbaycan Albaniya dövrü Vətənimizin tarixində böyük və çox mühüm mərhələdir. Azərbaycanlılar alban mədəniyyətinin, albanlar tərəfindən yaradılmış bütün dəyərlərin varisləridir.
Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar" (Krupnov E.İ. - Drevneyşaə kulğtura Kavkaza i kavkazskaə gtniçeskaə obhnostğ, "CA", 1964, No l).
Burada yaşamış tayfalar haqqında Yunan-Roma müəllifləri məlumat verirlər. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar (Əmpolğskiy Z.İ. Drevneyşie svedeniə o törkax v zone Azerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ? 2; Aliev K.Q. K voprosu o plemenax Kavkazskoy Albaiii//Tr. VIII mejdunar. konqressa antropoloqii, i gtnoqrafiç. nauk, t. 10, M., 1970; Aliev K.Q. K voprosu o nomadax Sredney Azii i drevneqo Azerbaydjana (Atropatenı i Kavkazskoy Albanii)//Üentralğnaə Aziə v kuşanskuö gpoxu. M., Nauka, 1975).
Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin albanlar bu ərazidə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır.
Mütəxəssislər qeyd edirlər ki, "Alban" adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır (Q. Qeybullayev, 1991, səh 227; Əmpolğskiy Z.İ. Drevneyşie svedeniə o törkax v zone Azerbaydjana, //Uçen. zap. AQU im. S.M.Kirova, 1966, ? 2; Əmpolğskiy Z.İ. Drevnie avtorı o əzıke naseleniə Azerbaydjana //İAN AzSSR, 1955, ? 8; Əmpolğskiy Z.İ. K voprosu ob odnoimennosti drevneyşeqo naseleniə Atropatenı i Albanii //Tr. İİF AN AzSSR, 1954, t. 4). Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.
Qafqaz Albaniyasında şəhərlərin yaranması məhsuldar qüvvələrin ümumi inkişafından, sosial-iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərdən irəli gəlmişdi. Bunlar nəticə etibarı ilə sənətin əkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul münasibətlərinin coşqun inkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb olmuşdu. İnzibati bölgü baxımından Albaniya vilayətlərə və əyalətlərə bölünmüşdü. Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi. Çola vilayəti Dərbənd keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola və Dərbənd idi. Lpina Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət olmuşdur.
Yunan müəlliflərinin əsərlərində adı çəkilən Kambisenanın ərazisi Albaniyanın Şimal-Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal-Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.
Qəbələ (Kabalaka) vilayəti Lpinadan Cənubda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə - V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir. Şəki vilayəti Qafqazın dağətəyi ərazisində, Qəbələnin Şimal - Qərbindəki ərazini tutur. Qərbdə və Cənub - Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal - Qərbdə Lpina vilayəti ilə, Cənub - Şərqdə Qəbələ ilə həmsərəd idi. Paytakaran (Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) vilayəti Azərbaycan Respublikasının Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal - Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır.Tarixi əyalət sayılan Uti (yunanca Otena) Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, eləcə də Moisey Kalankatlının yazdığına görə ... Bərdə (Partav) bu vilayətdə idi.
Artsak və ya Ərsaq vilayəti sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi.
Sünik - (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. Bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar.

(ardı gələn sayımızda)

Babək ƏLİYEV


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK