adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Yanvar 2018 18:02
20305
KRİMİNAL
A- A+

Cəlilabad sakini 3 kiloqram heroinlə tutuldu

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Adalet.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.