adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Yanvar 2018 17:52
12864
MƏMLƏKƏT
A- A+

Bakıda subasma sahələri aktivləşib - SİYAHI

Bakıda subasma sahələri aktivləşib.

Adalet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisiƏziz Qaralov  bildirib ki, Binəqədi I mədən yaşayış sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik müşahidə edilib.

Ə. Qaralov qeyd edib ki, Maştağa - Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası yaşayış massivi, Zabrat - Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.(apa)