adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Yanvar 2018 17:41
20432
MARAQLI
A- A+

Yer üzündə canlıların ən qədim əcdadı tapılıb - Elmi iddia

Kanada və ABŞ alimləri Kanada ərazisində tapılmış daşlaşmış Bangiomorpha pubescens yosunlarının qalıqlarının tədqiq ediblər. Paleontoloqlar qərara gəliblər ki, onların 1,2 milyard il yaşı var.

Məlum olub ki, fotosintez qabiliyyətli bu qədim canlı orqanizmlərin hüceyrələri eukariotik quruluşa malik olub. Yosunları yaşı nəzərə alınsa, bu tapıntılar Yer üzündə bütün canlı mikroorqanizmlərin ən qədimi hesab oluna bilər.

Hesab edilir ki, məhz eukariotun yaranması təkamül prosesində dönüş hadisəsi olub və biosferin taleyini dəyişib. Məhz eukariotların yaranması nəticəsində daha mürəkkəb çoxhüceyrəli orqanizmlərin, eləcə də insanın meydana gəlməsi mümkün olub.

Qeyd edək ki, indiyədək eukariot və prokoriotların ümumi və ən qədim əcdadı Şimal Buzlu Okeanda 3 min metr dərinlikdə tapılmış lokiarxey mikroorqanizmləri hesab olunurdu.(milli.az)